"Azərbaycanla əməkdaşlığa hazırıq"

"Azərbaycanla əməkdaşlığa hazırıq"
  16 İyul 2013    Oxunub:1057
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) enerji səmərəliliyinin artırılması sahəsində Azərbaycan ilə əməkdaşlıq etməyə hazırdır
Bu barədə Bakıda AYİB prezidenti Suma Çakrabarti regiona ilk səfəri çərçivəsində keçirilən mətbuat konfransında deyib.

Onun sözlərinə görə, Azərbaycan ilə əməkdaşlığın bir çox perspektiv istiqamətlərindən biri kimi enerjidən səmərəli istifadə sahəsini görür. Çakrabarti qeyd edib ki, bu sektor perspektivlidir və iş üçün sahə var.

Bank prezidenti bildirib: "Hesab edirəm ki, qadın sahibkarlara yardım sahəsində işləmək olar. Məsələn, qonşu Türkiyədə və digər ölkələrdə bizneslə məşğul olan qadınlar üçün ixtisaslaşdırılmış kredit məhsulları mövcuddur".

Onun sözlərinə görə, buna rəğmən, AYİB üçün əməkdaşlığın daha az və ya çox prioritet sahələri yoxdur:

"Ölkənizdə qeyri-neft sektorunda inkişaf üçün böyük potensial vəd edən kifayət qədər sahə var. Misal üçün kənd təsərrüfatını göstərmək olar. Bu gün cənab nazir Şahin Mustafayev bizi son illər Azərbaycanın iqtisadi uğurlarını nümayiş etdirən stendlə tanış edib. Stend məndə böyük təəssürat yaratdı"-deyə o bildirib.(trend)


Teqlər:





Xəbər lenti