“İftar vaxtı yola çıxmayın” - XƏBƏRDARLIQ

“İftar vaxtı yola çıxmayın” - XƏBƏRDARLIQ
  16 İyul 2013    Oxunub:1334
“Qəzaların çoxalma səbəbi sürücülərin iftara tələsməsidir”
Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi (NİİM) Ramazan ayında sürücülərə müraciət etdi.

AzVision.az-a Mərkəzdən verilən məlumata görə, bununla bağlı NİİM sürücülər üçün tövsiyələr hazırlayıb. Həmin müraciəti təqdim edirik:
- Oruclu halda, xüsusilə də iftara az qalmış vaxtda aclıq, susuzluq, yorğunluq və diqqətsizlik səbəbindən qəzanən baş vermə riski xeyli artır. Bu məqamlar isə sürücülər üçün təhlükə mənbəyi hesab olunur.
- Günün II yarısında, 16:00-dan etibarən oruc tutmuş şəxsdə halsızlıq müşahidə edilməyə başlayır. Elə bu baxımdan, oruc tutanlar 16:00-dan sonra sükan arxasına keçməsələr daha məqsədəuyğundur.
- İftar yaxınlaşdıqca, yol-nəqliyyat hadisələrinin çoxalma səbəbi ac və susuz olan sürücünün iftarı açmaq üçün tələsməsidir. İftara az qalmış müddətdə yola çıxmaq məsləhət görülmür.
- Ramazan ayında oruc tutan sürücülərin uzaq səfərə çıxmamaqları tövsiyə olunur.
- Ramazan ayında oruc tutan insanlaırn sükan arxasına keçməsi məsləhət görülmür. Çünki ac insan əsəbi, aqressiv və stressli olur. Kiçik bir tıxaca, kənar siqnala reaksiya və ya yol qayda pozuntusu sürücüdə stressli vəziyyət yarada bilər.
- İftarın yaxınlaşdığı vaxtda yola çıxmaq məcburiyyətində olan sürücülərə özləri ilə xurma və ilıq su götürmələri tövsiyə olunur.
- Oruc tutan sürücülərin Tamazan ayında ictimai nəqliyyat vasitələrindən istifadə etmələri daha məqsədəuyğundur.
- Piyadaların bu ay yollarda daha diqqətli olmaları tövsiyə olunur.
- Sonda onu vurğulamaq istərdik ki, oruc tutmusunuzsa, çalışın, şəxsi avtomobildən az istifadə edəsiniz, ictimai nəqliyyata üstünlük vermək daha doğru seçim olar. Amma məcburiyyət qarşısında qalıb sükan arxasına keçmək istəsəniz, çalışın bu, günün I yarısında olsun. Günün II yarısından sonra və xüsusilə də iftara yaxın vaxtda sükan arxasına keçmək doğru deyil.

AzVision.az


Teqlər:  





Xəbər lenti