İspaniya Boliviyadan üzr istəyib

İspaniya Boliviyadan üzr istəyib
  16 İyul 2013    Oxunub:1438
Üzrxahlıq prezident Evo Moralesin təyyarəsi ilə bağlı insidentə görədir
Latın Amerikası mediasının yaydığı məlumata görə İspaniyanın Boliviyadakı səfiri Anhel Vaskes bu Latın Amerikası ölkəsinin xarici işlər nazirinə bildirib ki, rəsmi Madrid bu fakta görə təəssüflənir və prezident Moralesə layiq olmayan qeyri-adekvat hərəkətə görə üzr istəyir.

Xatırladaq ki, iyulun əvvəlində bir sıra Avropa ölkələri Boliviya prezidenti Evo Moralesin təyyarəsinin onların hava məkanından istifadəsinə qadağan qoymuşdular. Bu qərara təyyarədə keçmiş mərkəzi kəşviyyat xidmətinin əməkdaşı, ABŞ tərəfindən axtarılan Edvard Snoudenin olması barədə məlumatlar səbəb olmuşdu.


Teqlər:





Xəbər lenti