Rus peyki Çinə düşdü
Təşkilat bildirib ki, kosmik aparat iyulun 15-də orbitdən çıxaraq Çin ərazisinə düşüb.
RİA Novosti kosmik-raket sahəsindəki mənbəyə istinadən bildirib ki, peykin uçuş trayektoriyası dəqiq izlənilirdi və onun düşəcəyi yer təxmini məlum idi.
Rusiyanın “Geo-İK” peyk sistemi geodeziya ölçülərinin aparılması üçün nəzərdə tutulmuş iki kosmik aparatdan ibarət olmalı idi. Qeyd edək ki, 2011-ci ilin fevralında birinci peykin işə salınması uğursuzluqla nəticələnib.
AzVision.az