Qiyabi oxuyanlara məhdudiyyət qoyulub?

Qiyabi oxuyanlara məhdudiyyət qoyulub?
  16 İyul 2013    Oxunub:1057
“Əvvəlki illərdə məktəb direktorlarının vakant yerləri gizlətməsi kimi hallar olub. Bu aşkara çıxanda isə ciddi intizam tədbirləri görmüşük”.
AzVision.az xəbər verir ki, bu sözləri Təhsil Nazirliyinin Strateji Təhlil, Planlaşdırma və Kadrların İdarəolunması şöbəsinin müdiri Fərzəli Qədirov jurnalistlərinin suallarını cavablandırarkən deyib.

“İndi də bu fikirdəyik ki, əgər sonradan hər hansı məktəb direktorunun vakant yeri təqdim etmədiyi aşkar olunarsa, biz onda tədbir görəcəyik. Vakant yerlərinin gizlədilməsi indi direktora heç bir şey vermir. Çünki o yerə müəllim qəbul edə bilmir. Müəllimlərin işə qəbulu üçün ciddi reqlamentləşdirici qaydalar mövcuddur. Bu qaydalardan kənara çıxanda əlbəttə ciddi intizam tənbehi görüləcək. Bu mənada düşünürəm ki, getdikcə belə halların sayı azalacaq və minuma enəcək”.
Gələcəkdə qiyabi təhsil almış müəllimlərin işə qəbul prosesinin dayandırılmasına məsələsinə də aydınlıq gətirən F.Qədirov qeyd edib ki, belə bir məhdudiyyət yoxdur.

“Biz qiyabi təhsilini başa vuranlarla bağlı heç bir məhdudiyyət qoymamışıq. Onlar sərbəst əyani təhsil almışlarla birlikdə elektron ərizələrlə müraciət ediblər və bizim imtahanlarda, eləcə də müsabiqənin digər mərhələlərində iştirak edəcəklər. Ümumilikdə qiyabi təhsil almış şəxslərin gələcəkdə işə qəbul edilməməsi məsələsi bu gün müzakirə olunmur və Təhsil Nazirliyi də bu məsələni müzakirə etmir”.

F.Qədirov test suallarından da danışıb. Onun sözlərinə görə, ötən illərdə olduğu kimi yenə də müəllimlərin işə qəbulu ilə bağlı test suallarının sayı 35-dir.

“Yenə də şəhər məktəblərində vakant yerlərə keçid balı sualların 80 faizinə düzgün cavabdır, ucqar kənd məktəbLərinə isə keçid balı sualların 60 faizinə düzgün cavabdır. Qaydalarda da qeyd olunub ki, müəllimlər ixtisasları üzrə suallara cavab verirlər. Bu ixtisas üzrə suallar ümumi təhsil proqramındandır”

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti