Snouden hələ də aeroportdadır
Keçmiş kəşfiyyatçı gözlənilmədən üç Cənubi Amerika ölkəsindən – Venesuela, Nikaraqua və Boliviyadan kollektiv siyasi sığınacaq təklifi alıb. Bu cür sığınacaq tarixdə heç vaxt baş verməyib.
İyulun 12-də Şeremetyevo aeroportunda hüquq müdafiəçilərilə Snoudenin görüşü baş tutub. Görüşdə Snouden Rusiyadan müvəqqəti sığınacaq xahiş edib, sonra isə Latın Amerikasına getməyi planlaşdırdığını söyləyib. Son məlumatlara görə, Snouden hazırda yenə Moskva aeroportu ərazisindədir və onun statusunda dəyişiklik baş verməyib. Rusiya və ABŞ prezidentlərinin ikitərəfli telefon danışıqları ilə keçmiş kəşfiyyatçının siyasi qaçqın statusu müzakirə olunub. Danışıqların təfərrüatları açıqlanmasa da, informasiya agentlikləri bildirib ki, Rusiyanın Snoudeni ABŞ-a vermək üçün heç bir səbəbi yoxdur.
Xatırladaq ki, siyasi qaçqın statusu vətəndaşlığı olmayan şəxsin ölkədə yaşamasını nəzərdə tutur. Bundan başqa, qaçqın statusu almış şəxsə hakimiyyətin qərarı ilə müvəqqəti şəxsiyyət vəsiqəsi və müəyyən güzəştlər (məsələn, ev) verilə bilər. Ümumilikdə, siyasi qaçqın Rusiya vətəndaşları ilə bərabər səviyyədə əsas hüquq və azadlıqlara malikdir.
Snouden Şeremetyevo aeroportunda hüquq müdafiəçilərilə görüşü zamanı qeyd etmişdi ki, Rusiya onun müvəqqəti siyasi sığınacaq xahişini imtina etsə, o yaxın vaxtlarda ölkə ərazisini tərk edəcək. Bu barədə Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib: “Siyasi sığınacağın alınması üçün Rusiya qanunları çərçivəsində müəyyən prosedurları keçmək lazımdır. Bunun üçün ilk növbədə Federal Miqrasiya Xidmətinə müraciət edilməlidir.” Hazırda Snoudenin Rusiyanın Federal Miqrasiya Xidmətinə müraciət edib-etməməsi barədə məlumat yoxdur.
AzVision.az