İlham Əliyev Davudoğlu ilə görüşəcək

İlham Əliyev Davudoğlu ilə görüşəcək
  16 İyul 2013    Oxunub:1057
Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davutoğlu Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

Bu barədə AzVision.az-a Xarici İşlər Nazirliyindən məlumat verilib. Bildirilib ki, 16-17 iyul 2013-cü il tarixində Türkiyə Respublikasının xarici işlər naziri Əhməd Davutoğlu Azərbaycan Respublikasına rəsmi səfər edəcək.

Səfər çərçivəsində Əhməd Davutoğlunun Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən qəbul ediləcəyi, Baş nazir Artur Rasi-zadə, Milli Məclisin sədri Oqtay Əsədov və xarici işlər naziri Elmar Məmmədyarovla görüşləri nəzərdə tutulub.

Mətbuat xidmətindən bildirilib ki, Ə.Davudoğlu sabah azərbaycanlı media nümayəndələri üçün mətbuat konfransı keçirəcək.


Teqlər:  





Xəbər lenti