Prezident Saatlıya 3,5 milyon manat ayırdı

Prezident Saatlıya 3,5 milyon manat ayırdı
  16 İyul 2013    Oxunub:1113
Dövlət başçısı İlham Əliyev bununla bağlı sərəncam imzalayıb
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Saatlı rayonunun sosial-iqtisadi inkişafının sürətləndirilməsinə dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncamda deyilir:

"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

Qırx dörd min nəfər əhalinin yaşadığı 17 yaşayış məntəqəsini birləşdirən Sımada-Qarayevkənd avtomobil yolunun tikintisi məqsədi ilə Azərbaycan Respublikasının 2013-cü il dövlət büdcəsinin dövlət əsaslı vəsait qoyuluşu xərclərinin bölgüsündə kəndlərarası avtomobil yollarının tikintisi və yenidən qurulması üçün nəzərdə tutulmuş vəsaitin ilkin olaraq 3,5 milyon (üç milyon beş yüz min) manatı Saatlı Rayon İcra Hakimiyyətinə ayrılsın.

Azərbaycan Respublikasının Maliyyə Nazirliyi bu Sərəncamın 1-ci hissəsində nəzərdə tutulan məbləğdə maliyyələşməni müəyyən olunmuş qaydada təmin etsin.

Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".


Teqlər:  





Xəbər lenti