“Türkiyə Dağlıq Qarabağ məsələsinə qarışmamalıdır”

“Türkiyə Dağlıq Qarabağ məsələsinə qarışmamalıdır”
  18 İyul 2013    Oxunub:1071
Ermənistan Milli Məclisi sədrinin müavini Eduard Şarmazanov Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlunun bu gün Bakıda Dağlıq Qarabağ münaqişəsi ilə bağlı dediklərinə münasibət bildirib.
AzVision.az xəbər verir ki, E.Şarmazanov bildirib ki, Türkiyə Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə qarışmamalıdır: “Əgər Türkiyə Qarabağ-Azərbaycan probleminin təcili həll olunması ilə maraqlanırsa, sadəcə bir addım atmalı, bu məsələyə qarışmamalı və müdaxilə etməməlidir”-deyə, E.Şarmazanov əlavə edib.

Qeyd edək ki, bu gün Azərbaycanda Elmar Məmmədyarovla görüşdə Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu Türkiyənin hər zaman Azərbaycana dəstək olduğunu söyləyib.

Sevinc İLtifatqızı


Teqlər:  





Xəbər lenti