Britaniya eynicinslilərin nikahını qəbul etdi

Britaniya eynicinslilərin nikahını qəbul etdi
  18 İyul 2013    Oxunub:1247
Britaniya parlamenti eynicinslilərin nikahı barədə qanun qəbul edib.
AzVision.az BBC-yə istinadən məlumat verir ki, İngiltərə və Uelsdə eynicinslilərin nikahlarının rəsmiləşdirilməsi üçün qanun layihəsi iyulun 16-da Britaniya parlamenti tərəfindən qəbul edilib. Qanunun qüvvəyə minməsi üçün kraliçanın razılığı lazımdır. Məlumata görə, kraliça öz rəyini iki gün ərzində bildirəcək.

Qanuna görə, İngiltərə və Uelsin rəsmi kilsələri eynicinslilərə toy mərasimi təklif edə bilməyəcək. Bundan başqa, yeni qanun Şotlandiya və Şimali İrlandiyaya da aid edilməyəcək.

2014-cü ilin yayından etibarən Britaniyada ilk gey və lesbiyan toyunun baş tutması gözlənilir.

AzVision.az


Teqlər:





Xəbər lenti