AzVision.az-a haker hücumu

AzVision.az-a haker hücumu
  18 İyul 2013    Oxunub:1352
Dünən AzVision.az saytı səhər saat 8.00 radələrindən başlayan və gün ərzində davam edən intensiv dos-hücum nəticəsində bütün günü işləyə bilməyib. Hücumun miqyası çox geniş olduğundan, serverin anti-dos müdafiəsi də davam gətirə bilməyib və çöküb.

Yalnız saytı başqa serverə köçürmək yolu ilə problemdən qurtulmaq olub. Nəticədə saytın fəaliyyəti axşam saat 10 ərəfəsində tam bərpa olunub.

Haker hücumunun coğrafi lokalizasiyası əsasən Tayland, Çin, Niderland, Türkiyə kimi ölkələrdən olsa da, onun sifarişli olması şübhə doğurmur.

Ən azı bu səbəbdən ki, həmin ölkələrdən AzVision.az-a hücum təşkil etmək heç kimə maraqlı ola bilməz. Bizə olan isə “klassik” sifarişli hücumlardan idi. Texniki personalın sözlərinə görə, belə hücumların saatı ən azı 200 dollara başa gəlir. Yəni kimsə AzVision.az-ı əngəlləmək üçün haradasa 2500 dollardan artıq xərc çəkib.

Hazırda saytın işi bərpa olunub. Texniki personal hücumun digər detallarını dəqiqləşdirir.

AzVision.az


Teqlər:  





Xəbər lenti