Davudoğlu BMT-yə çağırış etdi
AzVision.az xəbər verir ki, bunu Ankaradakı çıxışı zamanı Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu deyib.
“Suriyadakı böhranın bizim vətəndaşlarımıza və bizə vurduğu ziyan göz qabağındadır. Təəccübləndirici olsa da, bu belədir”-deyən Davudoğlu, beynəlxalq ictimaiyyətə çağırış edib.
“BMT Təhlükəsizlik Şurası təcili olaraq tədbir görməlidir, bu hadisələrə son verməyin vaxtı, məqamı çoxdan yetişib.
Yoxsa, başda BMT Təhlükəsizlik Şurası olmaqla , bir çox beynəlxalq qurumların missiyaları öz mənasını itirəcək”.
Davudoğlu vurğulayıb ki, Türkiyə 30 ildir dinc şəraitdə müqəddəs Ramazanı yaşamaq üçün səy göstərir:
“Ayağımıza vurulan zəncirlərdən qurtulmağın vaxtı yetişib.
On ildir müvəffəqiyyətlə inkişaf edən iqtisadiyyatımıza zərbə vurmaq istədilər. Lakin ölkə daxilindəki dinclik və əmin-amanlıq hər bir çətinliyə qalib gələ biləcəyimizə bir daha sübut etdi. Bu ölkəni beynəlxalq aləmdə mənfi çalarlar ilə təqdim etmək istədilər, amma nail ola bilmədilər, ola da bilməyəcəklər”.
Davudoğlu çıxışında, həmçinin, Misirdəki son vəziyyətlə bağlı xalqın iradəsinə, seçiminə hörmətlə yanaşdıqlarını və bunun tərəfdarı olduqlarını da dilə gətirib.
Mirvari