İnstitut direktorları müsabiqəylə seçiləcək

İnstitut direktorları müsabiqəylə seçiləcək
  18 İyul 2013    Oxunub:1042
“Akademiyada intitutut direktor vəzifəsi müsabiqə yolu ilə tutulmalıdır”.
AzVision.az xəbər verir ki, bu sözləri AMEA prezidenti Akif Əlizadə jurnalistlərin suallarını cavablandırarkən deyib. Onun sözlərinə görə, bununla bağlı akademiya tərəfindən elan veriləcək, seçimlər isə payızda aparılacaq.

Akif Əlizadə arxeoloqların elmi ekspedisiyalar zamanı sığortalanmasına da aydınlıq gətirib: “Hazırda AMEA-da elmi ekspedisiyalar demək olar ki, aparılmır. AMEA-nın əsasnaməsinin hazırlanması nəzərdə tutulur. Bundan sonra elmi ekspedisiyaların təşkili, maliyyələşdirilməsi, sığrtalanması həll oluna bilər”

YAP-ın idarə heyətinə üzv seçilməsi elmi fəalliyyətinə təsir edirmi sualını da cavab verən Akif Əlizadə İlham Əliyevə bu etimadı göstərdiyi üçün təşəkkür edib. “Prezident YAP sədrinin müavini vəzifəsinə məni namizəd kimi irəli sürdü. Həm prezident, həm də akademiya, yəni elmi ictimaiyyət də belə düşünür ki, bu, nəinki mənə, Azərbaycan elminə edilən etimaddır. Azərbaycan elminin statusunu qaldırmaq deməkdir. Qarşıdan prezident seçkiləri gəlir və mən də sədr müavini kimi bütün varlığımla bu kampaniyada iştirak edəcəyəm”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti