Prezident seçkilərinin vaxtı dəqiqləşməyib – AÇIQLAMA

Prezident seçkilərinin vaxtı dəqiqləşməyib – AÇIQLAMA
  18 İyul 2013    Oxunub:1074
Preizdent seçkilərinin oktyabrın 11-də keçirilməsi ilə bağlı səslənən fikirlər əsasssızdır.
“Seçkilərin vaxtını müəyyənləşdirmək səlahiyyəti ancaq MSK-ya məxsusdur. Oktyabrın 11-də keçiriləcəyi xəbəri əsassızdır”.

Bu sözləri AzVision.az-a açıqlamasında Mərkəzi Seçki Komissiyası Katibliyinin Media və ictimai əlaqələr şöbəsinin müdiri Azər Sarıyev deyib. Onun sözlərinə görə, seçkinin vaxtının müəyyənləşməsi üçün MSK-nin iclası olmalı, müzakirələr aparılmalıdır.

“Hələ iclas olmayıb. Belə bir qərar verilməyib. Yayılan məlumatlar yalandır. Haradan alıblar bu məlumatı?”

Qeyd edək ki, mətbuatda və sosial şəbəkələrdə Azərbaycanda bu il keçiriləcək prezident seçkilərinin vaxtı oktyabrın 11-də, həftənin beşinci günü keçiriləcəyi bildirilmişdi.

Sevinc İLTIFATQIZI


Teqlər:  





Xəbər lenti