“Azərbaycanda korrupsiya ilə mübarizəni alqışlayırıq”

“Azərbaycanda korrupsiya ilə mübarizəni alqışlayırıq”
  18 İyul 2013    Oxunub:911
Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Azərbaycan hökumətinin korrupsiya ilə mübarizə tədbirlərini alqışlayır.
Bu barədə iyulun 15-də Bakıda AYİB prezidenti Suma Çakrabarti regiona ilk səfəri çərçivəsində keçirilən mətbuat konfransında deyib.

S.Çakrabarti bildirib ki, korrupsiya ilə mübarizə ölkədə əlverişli investisiya mühitinin saxlanılması və inkişafı üçün vacibdir: "Vətəndaş cəmiyyətinin nümayəndələri ilə görüşərkən, onlar bu sahədə aparılan bir sıra tədbirlər və korrupsiyanın aradan qaldırılması üzrə uğurlar barədə məni məlumatlandırdılar".

Bank prezidentinin sözlərinə görə, əsas fakt odur ki, Azərbaycan hökuməti bu problemin həlli üçün öz üzərinə ciddi öhdəliklər götürüb: "AYİB bu sahədə Azərbaycana kömək etmək üçün hər cür səy göstərməyə davam edəcək".



Teqlər:  





Xəbər lenti