Kilo at, qızıl tut
Dubay əmirliyi 30 günlük kampaniya çərçivəsində itirilən hər kiloqram üçün bir qram qızıl verəcəyini bildirib.
Təşkilatçılar arzu edən şəxslərin tərəzidə çəkilərək kampaniyaya qoşula biləcəklərini qeyd ediblər. Mükafatı əldə etmək üçün isə azı 2 kilo itirmək şərtdir. Kampaniyanın Birləşmiş Ərəb Əmirliklərində sağlam həyat tərzini təşviq etmək məqsədilə həyata keçirildiyi bildirilir.
S.Həsənova
AzVision.az
Teqlər: