TQDK-dan rezidentura ilə bağlı açıqlama

TQDK-dan rezidentura ilə bağlı açıqlama
  19 İyul 2013    Oxunub:1634
Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının 2013/2014-cü tədris ili üçün rezidenturaya qəbul elan edib.
Tələbə Qəbulu üzrə Dövlət Komissiyası (TQDK) “Rezidentura” jurnalının da ikinci sayını çap etdirib.

AzVision.az xəbər verir ki, bu barədə jurnalistlərə açıqlamasında TQDK mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. O deyib ki, jurnalda 2013-2014 tədris li üzrə ixtisaslartın siyahısı, sual nümunələri yer alıb: “Rezidenturaya sənəd qəbulu avqustun 14-dən 23-dək aparılacaq. Ərizə qəbulu internet vasitəsilə aparılacaq. Qəbul imtahanının birinci mərhələsi sentyabrın 9-da, ikinci mərhələ isə sentyabrın 10-da keçiriləcək. Qəbul planı ötən ilki ilə eynidir”.
Rezidentura üzrə ixtisas seçiminə imtahanda topladığı balı baza fənləri üzrə 40-dan, ixtisaslar üzrə 50-dən az olmayan namizədlər buraxılırlar.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti