100-dən az bal toplayanların sayı açıqlandı

100-dən az bal toplayanların sayı açıqlandı
  19 İyul 2013    Oxunub:1475
“III ixtisas qrupu üzrə ərizə verən abituriyentlərdən 7831nəfəri 0-100 bal arası bal toplayıb. Bu, abituriyentlərin 28,18%-idir”.
AzVision.az-ın məluamtına görə, bunu bu gün keçirilən mətbuat konfransında Tələbə Qəbulu üzrə Dövlət Komisiyyasının mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə deyib.

O, III ixtisas qrupu üzrə imtahan nəticələrini belə açıqlayıb:

“100-200 bal arası nəticə göstərən abituriyentlərin sayı 6986 nəfər, yəni 25,13%-dir. 200-300 bal arası nəticə göstərənlər 4684 nəfər, 16, 85%-dir. 300-500 bal arası nəticə göstərənlər 6246 nəfərdirlər. Onlar abituriyentlərin 22,47%-ni təşkil edir. 500-600 bal arasında 1505 nəfər abituriyent var, onlar abitureyentlərin 5,41%-dir. 600-700 bal arasında isə 542 nəfər bal yığıb ki, bu da ümumi abituriyentlərin, 1,95 %-idir”.

E.Nağızadə bildirib ki, III ixtisas qrupu üzrə 10 397 plan yeri var:

“TQDK ənənəvi buraxılış dərc edib ki, bu həmin buraxılış abituriyentlərə düzgün ixtisas seçməkdə yardımçı olacaq. Əgər onlar məlumatları düzgün təhlil edərsə müsabiqəyə buraxılmış hər bir abituriyentin qəbul olmaq şansı var. Buraxılışda həmçinin keçid balları da təqdim olunub”.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti