Saakaşvili: `...deyirdi ki, məni öldürəcək`
Saakaşvilinin sözlərinə görə, “Gürcüstan kiçik bir ölkədir, odur ki tanış üzlərlə tez-tez rastlaşırsan...”
“Səni öldürə bilməyən, əksinə gücləndirir. Təbii ki, hamımızı öldürə bilməyəcəklər.Kimini öldürürlər, kimi özü ölür, kimi də ki, xilas olur... Bundan nəticə çıxararaq gələcəyimizi planlaşdırmalıyıq”-deyə Gürcüstan prezidenti “Rustavi 2” kanalına müsahibəsində bildirib.
Hazırki baş nazir Bidzina İvanişvili ilə keçmiş münasibətlərindən danışan Saakaşvili, qeyd edib ki, əvvəllər onunla cəmi 4 dəfə görüşüb.
“Onunla daha çox Vano Merabişvili əlaqə saxlayırdı. İvanişvili hər zaman rəhmətlik biznesmen Badri Patarkatsişvilidən qorxub. Onu özü üçün ən böyük təhlükə hesab edib. Bidzina həmişə düşünürdü ki, Badri onu öldürəcək ya da başına nəsə bir pis oyun açacaq. 2008-ci ilin əvvəlində Patarkatsişvili dünyasını dəyişəndən sonra bizim əlaqələrimiz tamamilə kəsildi”- Saakaşvili deyib.
Səbinə Həsənova
AzVision.az
Teqlər: