Deputatlarımız Konqresin iftarında

Deputatlarımız Konqresin iftarında
  19 İyul 2013    Oxunub:1341
ABŞ-da fəaliyyət göstərən Türk Amerikan Birliyi (TAB) Konqresdə iftar süfrəsi açıb.
AzVision.az-ın xəbər verir ki, Nümayəndələr Palatasının ofislərindən biri olan Rayburndə təşkil edilən iftar yeməyində Azərbaycan paramentinin deputatları Səməd Seyidov, Asim Mollazadə, Azərbaycanın Amerikadakı səfiri Elin Süleymanov, Konqres üzvləri Şeila Jekson Li, Denni Devis, sabiq senator Riçard Luqar, Konqres üzvlərinin məsləhətçiləri və ABŞ-dakı Türk cəmiyyətlərinin üzvlərindən ibarət çox sayda qonaq iştirak edib.

İftar mərasimini Corctaun Universitetinin nəzdindəki məscidin imamı Yəhya Hindi açıb. Duaları oxuyub.

İftar mərasimi sona çatdıqdan sonra, mərasim iştirakçılarının çıxışları dinlənilib.

Qonaqlar Ramazanın birlik və dəstək naminə bir fürsət olduğunu bildiriblər, və hər kəsi biriliyə çağırıblar.

1977-2013-cü illər arasında Respublikaçı Partiyanın İndiana senatoru olaraq 36 il Konqresdə vəzifə icra etmiş təcrübəli siyasətçi, Senatın Xarici İşlər Komitəsinin sədri Riçard Luqar iftar süfrəsində iştirakdan fəxr duyduğunu bildirib.

“Yaşam tərzimizi, ailə üzvlərimiz və dostlarımızla münasibəti pozan spirtli içki və digər zərərli maddələrdən istifadə etmədiyimiz üçün Ramazana minnətdaram”-deyə Luqar bildirib.

TAB sədri Faruk Taban ictimai proseslərdə fəal xidmətinə görə Luqara mükafat təqdim edib.

Əksəriyyəti ABŞ-ın Demokratlar Partiyasından olan konqresmenlər, ölkədə müsəlmanların diskriminasiyasına son qoyulmasının zəruriliyini və islamofobiya ilə mübarizənin vacibliyini vurğulayıblar. Bəzi konqresmenlər isə hökumət səviyyəsində səslərinin eşidilməsi üçün müsəlman təşkilatlarına daha aktiv şəkildə fəaliyyət göstərməyi tövsiyə ediblər.

Səbinə Həsənova
Azvision.az



Teqlər:  





Xəbər lenti