5 mindən çox işçinin əmək müqaviləsi oldu

5 mindən çox işçinin əmək müqaviləsi oldu
  19 İyul 2013    Oxunub:1029
Son yarımildə 5 mindən çox işçi ilə əmək müqaviləsi bağlatdırılıb
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, əmək bazarına nəzarətin gücləndirilməsi və qeyri-leqal məşğulluğun aradan qaldırılması barədə dövlət başçısının tapşırığına uyğun olaraq Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən cari ilin 6 ayında da konkret və məqsədyönlü tədbirlər həyata keçirilib.

Qeyd olunan müddətdə 5 mindən çox işçi ilə əmək münasibətlərinin əmək müqaviləsi əsasında rəsmiləşdirilməsi təmin edilib. Həmçinin bu dövrdə işçilərə ödənilməsi gecikdirilmiş 355 421 manat vəsaitin ödətdirilməsi təmin olunub. Həmin vəsaitin 324 732 manatını gecikdirilmiş əmək haqları təşkil edib. Cari ilin birinci yarımilində qeyri-qanuni işdən azad edilmiş 16 nəfərin əvvəlki işinə bərpa etdirilməsi də təmin olunub.


Teqlər:  





Xəbər lenti