Türkiyə sərhədində PKK bayrağı asıldı
Qarşıdurmaların hələ də davam etdiyi Rəsulyanda isə Türkiyənin Ceylanpınar mahalının 100 metrliyində 9 mərtəbəli makaron fabrikinin üstündəki Azad Suriya Ordusu bayrağı endirilib və əvəzində PYD-nin (Suriya Demokratik Birlik Partiyası) bayrağı asılıb. Bu hadisə Rəsulyanda PKK-nın hakimiyyəti ələ keçirməsi kimi qiymətləndirilib.
Atışmadan sonra bölgədə təhlükəsizlik tədbirləri gücləndirlib. Təhülkəsizlik qüvvələri zirehli avtomobillərlə sərhəd bölgəsində mütəmadi reyd keçirir.
Bu arada PKK-nın Suriyada nümayəndəsi, PYD həmsədri Salih Müslim deyib ki, kürdlərin Suriyanın şimalında dövlət yaratması xəbərləri yalandır: “PYD-nin yeganə siyasi tələbi demokratik muxtariyyətdir. Türkiyənin təhlükəsizlik baxımından narahat olmasına ehtiyac yoxdur”.
Son vaxtlar baş verən qarşıdurmalara gəlincə isə, Salih Muslim deyib ki, bu, yeni deyil, bundan əvvəl də belə hallar yaşanıb:
“Bəzi adamların vasitəsilə razılıq əldə olunub, qarşıdurmalar dayanıb. Amma cihad fikri ilə hərəkət edən bəzi qruplaşmalar bu razılığa riayət etməyib və bölgədə qarşıdurma yaradılıb”.
Türk ordusunun Suriyaya atəş açdığını deyən S.Muslim vurğulayıb ki, onlar da öz vətəndaşlarını qorumağa məcburdurlar:
“Biz Türkiyənin Suriya ilə aramızda olan məsələyə qarışmağını istəmirik. İmkan versinlər,Suriyadakı kürdlər özləri razılıq əldə etsin”.
Fatimə KƏRİMLİ