Hərbiçilərin düşdüyü qəza ilə bağlı rəsmi Açıqlama

Hərbiçilərin düşdüyü qəza ilə bağlı rəsmi Açıqlama
  19 İyul 2013    Oxunub:1346
FHN Azərbaycanda hərbçiləri daşıyan avtobusun qəzası ilə bağlı məlumat yayıb.
AzVision.az Nazirliyin saytına istinadən xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin 112 Çevik reaksiya idarəsinə daxil olmuş məlumata əsasən, Şəmkir rayonu ərazisində avtobus aşıb.

Fövqəladə Hallar Nazirliyinin müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub.

İlkin məlumata görə, avtobusda olan 7 nəfər xəsarət alıb, 1 nəfər ölüb.

Faktla bağlı araşdırmalar aparılır.

AzVision.az


Teqlər:  





Xəbər lenti