Cinayətlərin sayı azalıb
Lənkəran Şəhər Polis Şöbəsinin təşkilati inspeksiya qrupunun baş inspektoru İlkin İsmayılov bildirib ki, hesabat dövrü ərzində rayon ərazisində 145 cinayətin açılması təmin edilib, 22 cinayət bağlı qalıb, cinayətlərin açılması 86,8 faiz təşkil edib.
Polis zabiti qeyd edib ki, qeyri-aşkar şəraitdə 126 cinayət qeydə alınıb, onlardan 71 cinayət açılıb, 20 cinayət isə bağlı qalıb, açılma 78 faizi təmin olunub. Hesabat dövründə qeydə alınmış cinayətlərdən 1-i əcnəbi vətəndaş, 8-i qadınlar, 5-i yetkinlik yaşına çatmayanlar, 28-i əvvəllər məhkum olunmuş, 7-si sərxoş vəziyyətdə olan şəxslər tərəfindən törədilib.
Qeyd edək ki, bu müddət ərzində odlu silahla cinayət törədilməsi faktı qeydə alınmayıb. Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsinə, rayon ərazisindən tranzit daşınmasına, narkomaniyanın yayılmasına qarşı mübarizə tədbirləri daha da gücləndirilib.
Hesabat dövründə LŞRPŞ-nin əməkdaşları tərəfindən ümumilikdə 3034 inzibati xəta faktları aşkar edilərək, müvafiq protokollar tərtib olunub.
AzVision.az
Teqlər: