Ərdoğan: Biz şikayət edənlərdən olmayacağıq
AzVision.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, Suriyadakıların da ağır bir qətliama məruz qaldıqlarını bildirən Ərdoğan qeyd edib: "Əmin olun ki, bizim bu gün İslam dünyasında şahid olduğumuz problemlər, ağrı-acılar müvəqqətidir. Bu imtahandan uğurla keçə bilsək, mütləq müsbət nəticəni görəcəyik".
Baş nazir zülmün uzun müddət davam etməyəcəyini bildirib. Onun sözlərinə görə, səbr edən, imanını və ümidini mühafizə edən, Allahın hər an yanında olduğuna inanan birisi üçün zəfər mütləqdir: "Məhz bunun üçün nə İslam coğrafiyasındakı, nə də öz ölkəmizdəki hadisələr qarşısında əsla ümidsiz qalmayacağıq. Biz şikayət edənlərdən də olmayacağıq".
Ərdoğan bildirib ki, biz İslam dünyasının vəziyyətinə baxıb ümidsizliyə düçar olmayacağıq.
AzVision.az