Əli Həsənov jurnalistlərə verilən mənzildən danışdı

Əli Həsənov jurnalistlərə verilən mənzildən danışdı
  22 İyul 2013    Oxunub:1278
Azərbaycan mediasında xidməti, haqqı və ehtiyacı olan bütün jurnalistlərə dövlət qayğısı bəxş olunacaq
”Bu sevinci jurnalistlər və onların ailəsi uzun müddət yaşayacaq. Bu, jurnalist əməyinə, azad sözə, siyasi pluralizmə Azərbaycan prezidentinin , hökumətin verdiyi dəyərdir. Bunun nümunəsi olaraq jurnalistlərin mənzil şəraitinin yaxşılaşdırılması, sosial problemlərinin aradan qaldırılması istiqamətində böyük addım atıldı.Bu gün jurnalistlər üçün yeni bir binanın təməli də qoyuldu”.

AzVision.az xəbər verir ki, bu sözləri Prezident Administrasiyasının İctimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənov deyib.

PA rəsmisi bildirib ki, 22 iyul Milli Mətbuat Günü münasibətilə Prezident İlham Əliyev Azərbaycan jurnalistləri üçün möhtəşəm hədiyyə bəxş etdi, 156 Azərbaycan jurnalistinə mənzil təqdim etdi:

“Düşünürük ki, açılışı olan binadan ev ala bilməyən jurnalistlər növbəti binadan ev alacaqlar və Azərbaycan mediasında xidməti, haqqı və ehtiyacı olan bütün jurnalistlərə dövlət qayğısı bəxş olunacaq".

Ə.Həsənov vurğulayıb ki, bu gün təməli qoyulan binanın inşası artıq qərarlaşdırılıb. Bu gün-sabah Prezident tərəfindən binanın inşası ilə bağlı rəsmi sərəncam imzalanacaq. Sərəncama müvafiq olaraq binanın inşasına başlanılacaq.

“Düşünürük ki, iki il müddətinə binanı istifadəyə vermək olar. Tikiləcək bina elə bu binanın yanındadır, şəhərciyin içindədir. Cənab Prezident də çıxışında qeyd etdi ki, bura yaradıcı insanların şəhərciyinə çevrilir. Bura yeni salınan yaşayış şəhərciyidir və Dənizkənarı Bulvarın da bu məkana qədər uzanacağını nəzərə alsaq, Bakının, Azərbaycanın ən gözəl guşələrindən birinə çevriləcək. Düşünürük ki, yaradıcı insanlarımız onlar üçün yaradılan şəraitdən də ruhlanaraq yaradıcılıq imkanlarını daha da genişləndirəcəklər".

Əli Həsənov vurğuladı ki, evlər təkcə jurnalistlərə verilməyib. Biz mətbuat Şurası ilə müzakirələr etdik.
Meyarlar arasında yaradıcı və texniki işçi yox idi. Siyahıda bəzi qəzetlərin dizayneri, televiziyadan operatorlar var idi. Düşünürəm ki, gələcəkdə təqdimatlar hazırlanarkən təkcə jurnalistlər yox, onların yazdığı yazını üzə çıxaran korrektorlar, yığıcılar, dizaynerlər, operatorlar montajçılar və s.fərq qoymadan onların hamısı üçün evlər tikilir”.


Fatimə



Teqlər:





Xəbər lenti