Öcalan növbəti dəfə müraciət etdi

Öcalan növbəti dəfə müraciət etdi
  22 İyul 2013    Oxunub:1122
PKK-nın həbsdə olan lideri Abdullah Öcalan Türkiyə hökümətinə yeni müraciət ünvanlayıb.
İmralıda Öcalanla görüşən Barış və Demokratiya Partiyasının nümayəndələri bildirib ki, o, jurnalistlərlə görüşmək istəyir. Partiya rəsmilərinin məlumatına görə, PKK liderinin həbsxanadakı imkanları məhduddur. O, media qarşısına çıxaraq Türkiyə hökuməti ilə təşkilat arasında davam edən sülh prosesinə dəstək verən bəyanatlar səsləndirmək istəyir.

Türkiyə ətrafında baş verən hadisələrdən narahatlığını ifadə edən Öcalan, hökumətlə əldə olunmuş razılaşmanın tez və təminatlı şəkildə başa çatmasını istəyir. BDP-li rəsmilər Öcalanın səhhəti ilə bağlı da məlumat veriblər.

Bir neçə gün əvvəl hökumətə göndərdiyi mesajla narahat olduğunu deyən PKK liderinin əslində tam sağlam olduğu bildirlib.

AzVision.az


Teqlər:  





Xəbər lenti