Putin İvanişviliyə 2 milyard verdi

Putin İvanişviliyə 2 milyard verdi
  22 İyul 2013    Oxunub:1122
Putin Gürcüstanın baş nazirinə 2 milyard dollar verib. Bu barədə Gürcüstan prezidenti Mixail Saakaşvili Tiflisdə tələbələrlə görüşü zamanı bildirib.
AzVision.az-ın məlumatına görə, bu səbəbdən Putin belə hesab edir ki, Gürcüstan hökuməti hər şeydə ona güzəşt etməlidir.

Saakaşvilinin sözlərinə görə, oktyabr seçkilərindən sonra bir çoxları Rusiya ilə Gürcüstanın münasibətlərinin dəyişəcəyini gözləyirdi. Lakin Rusiyanın dəyişmədiyi açıq-aydın göründü – “canavar canavarlığından əl çəkmir”.

“Əgər əvvəlki hökumət qalsaydı biz daha çox irəli addımlaya bilərdik. Hazırda Rusiya hesab edir ki, indiki Gürcüstan hökuməti ona güzəştə getməyə məcburdur. Çünki Rusiya Gürcüstanın baş nazirinə iki milyard dollar verib” - Saakaşvili əlavə edib.

AzVision.az


Teqlər:





Xəbər lenti