Jurnalistlər pulsuz müalicə olunacaqlar

Jurnalistlər pulsuz müalicə olunacaqlar
  22 İyul 2013    Oxunub:1151
Fizulu Ələkbərov veteran jurnalistlərin müalicəsilə bağlı tapşırıq verib.
Kütləvi İnformasiya Vasitələri ilə əməkdaşlığın gücləndirilməsini daim diqqətdə saxlayan Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi eyni zamanda ölkə mətbuatının inkişafında xidmətlər göstərmiş qocaman jurnalistlərin ehtiyac duyduqları təqdirdə müalicəsinə köməklik göstərmək niyyətindədir.

22 İyul-Milli Mətbuat günü ilə əlaqədar respublikanın veteran jurnalistləri ilə keçirdiyi görüşdən sonra nazir Fizuli Ələkbərov bununla bağlı nazirliyin Mərkəzi Aparatına göstəriş verib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, hazırda nazirliyin respublikanın 14 bölgəsi üzrə bərpa mərkəzləri fəaliyyət göstərir. Əlillər və digər imtiyazlı təbəqələr üçün nəzərdə tutulan həmin müəssisələrdə ayrı-ayrı qocaman jurnalistlərin də ehtiyac duyduqları təqdirdə müalicə almalarını təşkil etmək olar. Ölkə rəhbərinin KİV nümayəndələrinə diqqət və qayğısının yüksək bir nümunə olduğunu vurğulayan nazir Fizuli Ələkbərov nazirliyin fəaliyyət sahələri üzrə müvafiq xidmətlərindən veteran jurnalistlərin faydalana bilmələri üçün şərait yaradılması, həmçinin sosial müdafiə tədbirlərində əlil jurnalistlərin daim diqqətdə saxlanması barədə tapşırıq verib.

AzVision.az


Teqlər:  





Xəbər lenti