1500 korrupsiya müraciətinə baxılıb

1500 korrupsiya müraciətinə baxılıb
  23 İyul 2013    Oxunub:1283
Baş Prokurorluqda də korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı mətbuat konfransı keçirilib.
Bu gün Baş Prokurorluğun Elm-Tədris Mərkəzində Baş prokuroru yanında Korrupsiyaya qarşı mübarizə idarəsi tərəfindən 2013-cü ilin I yarımili ərzində korrupsiyaya qarşı mübarizə sahəsində görülmüş işlərlə bağlı mətbuat konfransı keçirilib.

AzVision.az xəbər verir ki, tədbirdə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin rəisi Kamran Əliyev və Korrupsiyaya Qarşı Mübarizə üzrə Komissiyanın katibi Vüsal Hüseynov görülmüş işlər barədə ətraflı məlumat veriblər.

Bildirilib ki, cari il iyulun 18-də Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2013-cü ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında beynəlxalq təşkilatlar tərəfindən ölkədə aparılan korrupsiyaya qarşı mübarizənin müsbət qiymətləndirildiyini bildirib.

Eyni zamanda korrupsiya və rüşvətxorluğa qarşı mübarizədə fəallığın artırılmalı və cəza, inzibati və digər tədbirlərin tətbiq edilməli olduğunu vurğulanıb.

Tədbirdə qeyd edilib ki, 2013-cü ilin I yarımili ərzində idarə tərəfindən vətəndaşların 1.522 müraciətinə baxılıb, həmçinin 166 cinayət xarakterli material araşdırılıb. Həmin cinayət xarakterli materialların 78%-i üzrə cinayət işi başlanıb, digər məlumatlar üzrə isə zəruri qabaqlayıcı tədbirlərin görülməsi təmin edilib.

Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinin 161 saylı “Qaynar xətt” əlaqə mərkəzinə bu müddət ərzində 3.237 müraciət daxil olub, həmin müraciətlərin 14-ü üzrə Cinayət Məcəlləsinin müxtəlif maddələri ilə cinayət işləri başlanmaqla istintaq aparılıb, onlardan 4-ü üzrə ibtidai istintaq yekunlaşdırılaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.
Hesabatda qeyd olunur ki, 2013-cü ilin I yarımili ərzində idarənin İstintaq şöbəsi tərəfindən 200 şəxs barəsində 100 cinayət işinin istintaqı tamamlanaraq baxılması üçün aidiyyəti məhkəmələrə göndərilib.

Fatimə KƏRİMLİ


Teqlər:  





Xəbər lenti