Elmar Məmmədyarov ukraynalı həmkarı ilə görüşüb

Elmar Məmmədyarov ukraynalı həmkarı ilə görüşüb
  23 İyul 2013    Oxunub:1262
Brüsseldə Avropa İttifaqı və Şərq Tərəfdaşlıq proqramının xarici işlər nazirlərinin 4-cü iclası baş tutub.
AzVision.az xəbər verir ki, tədbir çərçivəsində Azərbaycanın və Ukraynanın xarici işlər nazirlərinin görüşü olub.

Elmar Məmmədyarov ilə ukraynalı həmkarı Leonid Kojaranın görüşündə ikitərəfli münasibətlərin aktual məsələlərini və beynəlxalq təşkilatlar qarşılıqlı fəaliyyətini müzakirə olunub.

Xatırladaq ki, Elmar Məmmədyarovun da iştirak etdiyi iclasda bu il noyabrın 28-29-da Litvanın paytaxtı Vilnüs şəhərində keçiriləcək “Şərq Tərəfdaşlığı” sammitinə hazırlıq işləri, Aİ-nin qonşuluq siyasəti, Yaxın Şərqdə, Somali və Malidə baş verən proseslər, Cenevrə-II sülh konfransına hazırlıq məsələləri müzakirəyə çıxarılıb.

AzVision.az




Teqlər:





Xəbər lenti