Mursinin qızı atasının oğurlandığını deyir

Mursinin qızı atasının oğurlandığını deyir
  23 İyul 2013    Oxunub:1299
Misir prezidenti Məhəmməd Mursinin ailəsi onu həbs edən orduya qarşı qanuni şəkildə hərəkətə keçəcək.
AzVision.az Sky News-a istinadən məlumat verir ki, Misirin devrilmiş prezidentinin qızı ordunu Məhəmməd Mursini “oğurlamaqda” ittiham edib. Onun sözlərinə görə, iyulun 3-də hakimiyyətdən devrildikdən sonra atasının təhlükəsizliyində ordu məsuliyyət daşıyır.

“Biz hərbi çevrilişin başçısı Abdel Fəttah Sisiyə qarşı yerli və beynəlxalq hüquqi tədbirlər görəcəyik” - Qahirədə baş tutan konfransda Şaimə Məhəmməd Mursi bildirib.

Xatırladaq ki, Mursi hərbi çevrilişdən sonra həbs olunub. Dövlət rəsmiləri isə bildiriblər ki, bu onun təhlükəsizliyi üçündür.

AzVision.az


Teqlər:  





Xəbər lenti