Sim kartlar haker hücumlarına daha çox məruz qalır

Sim kartlar haker hücumlarına daha çox məruz qalır
  23 İyul 2013    Oxunub:1214
Hazırda Sim kart texnologiyasından istifadə edən milyonlarla insan daha çox dinlənilir və oğurluğa məruz qalır.
AzVision.az BBC-yə istinadən məlumat verir ki, bu barədə baş təhlükəsizlik eksperti Karsten Nohl bildirib. Nohl söyləyib ki, o bu barədə xüsusi mətn mesajı vasitəsilə öyrənib. O xəbərdarlıq edərək bildirib ki, cinayətkarlar asanlıqla bu texnika ilə zəngləri dinləyə və pul oğurlaya bilərlər. Çünki Sim kartların bəziləri köhnə standartlara uyğun olmadığından müdaxiləyə daha çox məruz qalır.

GSMA şirkəti bu barədə analizlərin araşdırıldığını bildirib.

AzVision.az


Teqlər:





Xəbər lenti