Müsavatdan Rəsul Quliyevə SƏRT İTTİHAMLAR

Müsavatdan Rəsul Quliyevə SƏRT İTTİHAMLAR
  24 İyul 2013    Oxunub:1292
Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılı, parlamentin keçmiş spikeri Rəsul Quliyev barəsində facebook sosial şəbəkəsində açıqlama yayıb.

AzVision.az həmin məlumatı təqdim edir:

1992-ci ilin yayında Rəsul Quliyevin həbs olunacağı gözlənilirdi. Bu ilk növbədə cinayət qanunvericiliyi, eyni zamanda siyasi konyuktura baxımından real idi.

Rəsul Quliyev o dövrün termini ilə desək ölkənin baş mafiozu, ictimai rəydə ən arzuolunmaz adam idi. saysız iqtisadi cinayətləri barədə məlumatlar mətbuatda dərc olunurdu.O dövrün ən populyar qəzeti olan "Müxalifət "qəzetində Rəsul Quliyevin iqtisadi cinayətləri barədə "Qarət" başlıqlı silsilə yazılar dərc olunmuşdu.

MTN nazirinin 1- ci müavini Sülhəddin Əkbər prezident aparatına Rəsul Quliyevin cinayət əməlləri barədə təqdim etdiyi sənədlərlə onun həbsinə razılıq verilməsini istəmişdi.

"Rəsul Quliyev elə adamdır ki. onunla ya işləmək ya da onu öldürmək lazımdır" kimi mənasız konsepsiyanın yiyələri bütün bunlara baxmayaraq onu əvvəlcə neft şirkətinin sonra isə hökumətin ikinci adamı postuna gətirdilər ki, bu da Elçibəy hökuməıtinin süqutunda həlledici rol oynadı.Sonralar bəlli oldu ki,Rəsul quliyev ona layiq olduğundan dəfələrlə yüksək vəzifə vermiş hökumətə minnətdar olmamış, baş nazirin 1-ci müavini təyin olunduqdan dərhal sonra hökumətə hərbi müxalifət mövqeyində olan OMON birləşməsinin bir polkunu Bakıda "YUJNIY" mehmanxanasında yerləşdirərək,çevriliş planının əsasını qoymuşdu.

Acı həqiqətdir ki, 2003 -cü ildə Rəsul Quliyev İsa Qəmbərin müdafiəçısı olmaq,2005-də isə artıq bizimlə bərabərhüquqlu tərəfdaşlıq imkanına sahıb oldu. 2005-ci ildə öz siyasi və maliyyə fırıldaqları ilə müxalifətə elə zərbə vurdu ki,nəticələri hələ də davam edir. Rəsul Quliyevin oyunbazlığı ucbatından həbs olunanların əksəriyyəti hələ də həbsxanalarda qalmaqdadır.

Rəsul Quliyev Heydər Əliyevi Mütəllibova,Mütəllibovu Elçibəyə, Elçibəyi yenidən Heydər Əliyevə, Heydər Əliyevi İsa Qəmbərə, İsa Qəmbəri Allah bilir kimə satmış bir bu qələmundur.

Əslində heç olmasa 2005-ci il hoqqalarından sonra onu durdurmaq zamanı idi. Təəsüf ki, bəzi dostlarımız öz siyasi maraqlarını düzgün qiymətləndirə bilmədiklərindən buna imkan vermədilər. 2008 ci ildə İlham Əliyevin namizədliyini dəstəklədiyini bəyan edən, seçkidən sonra onu ilk olaraq təbrik edən ACP və onun liderini yenidən ortaya gətirdilər.

Yenidən Rasul Quliyevə müxalifətçi mandatı verdik.Gözlənildiyi kimi əlinə verdiyimiz oxla birinci bizi nişan aldı.

Biz Müsavatçı, Rəsulzadə Elçibəy yolunun yolçuları olaraq bu tip adamlarla birlikdə yox onlardan ayrı, onlara qarşı olanda güclüyük.

Bizim gücümüz hər cür həşaratla birgəliyimizdə deyil,əqidəmizdə, dönməzliyimizdə, ləyaqətimizdədir!

AzVision.az


Teqlər:  





Xəbər lenti