Avropa Parlamenti Azərbaycana müşahidəçi göndərməyəcək
Avropa Parlamenti Azərbaycanda seçki monitorinqinin keçirilməsindən imtina edib, lakin Gürcüstanda keçiriləcək prezident seçkilərinə öz müşahidəçilərini göndərəcək.
Avropa Parlamenti nümayəndələrindən birinin sözlərinə görə, bu cür qərar rəsmi Bakını qıcıqlandırmamaq məqsədi ilə qəbul edilib.
“Azərbaycan hökuməti yaxın günlərdə Avropaya qaz tranziti haqqında qərar qəbul edib. Buna görə də seçkiləri izləmək üçün Bakıya müşahidəçilərin göndərilməsi yanlış olardı və seçkilər haqqında tənqidi fikirlər yaradardı” –parlament üzvü bildirib.
haqqin.az
AzVision.az