Qarabağda casusluq edən iki erməniyə ağır iş kəsilib

Qarabağda casusluq edən iki erməniyə ağır iş kəsilib
  24 İyul 2013    Oxunub:1141
Ermənistanda iki nəfər öz ölkələrinə qarşı casusluqda ittiham olunur.
AzVision.az xarici mətbuata istinadən xəbər verir ki, bu əsasla Rafael Avakyan və tələbə David Barseqyan məhkəmə tərəfindən müvafiq olaraq 11 və 10 il müddətinə azadlıqdan məhrum olunublar.

Qeyd edək ki, ermənilər bir il öncə sosial şəbəkədə İstanbulda yaşayan və özünü xeyriyyə cəmiyyətin üzvü kimi təqdim edən Samvel Azatyan adlı erməni ilə tanış olublar və o R.Avakyandan Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ regionunda yaradılmış qondarma rejiminin ordusunda baş verən fövqəladə hadisələr, oradakı vəziyyət, tibbi xidmətlər, əsgərlərin qidalanması barədə məlumat və Zəngilanda məskunlaşmış Suriya ermənilərin şəkillərini ötürməyə xahiş edib. Bunun qarşılığında isə R.Avakyan və D.Barseqyan hədiyyələr və pullar alıblar.

Şəhanə


Teqlər:  





Xəbər lenti