Penitensiar Xidmətin 51 əməkdaşı məsuliyyətə cəlb edilib

Penitensiar Xidmətin 51 əməkdaşı məsuliyyətə cəlb edilib
  24 İyul 2013    Oxunub:1360
Penitensiar müəssisələrin əməliyyat aparatlarının respublikanın hüquq-mühafizə orqanları ilə qarşılıqlı əməkdaşlığı nəticəsində ilin birinci yarım ili ərzində 132 müxtəlif cinayətlərin üstü açılıb.
Qadağan olunmuş əşyaların cəzaçəkmə müəssisələrinə keçirilməsinin qarşısının alınması, habelə narkotik maddələrin qanunsuz dövriyyəsi ilə mübarizə xüsusi diqqət mərkəzində olub.

Belə ki, 2013-cü ilin birinci yarım ili ərzində Penitensiar müəssisələrdə keçirilmiş əməliyyat-baxış tədbirləri nəticəsində 1636 manat pul, 105,5 litr spirtli içki, 321 mobil telefon, 82,6 qram çəkidə müxtəlif narkotik vasitələr aşkar edilərək götürülüb. Bundan əlavə, Penitensiar xidmətin 51 əməkdaşının müxtəlif intizam məsuliyyətinə cəlb olunub.

Penitensiar Xidmətin ictimaiyyətlə əlaqələr şöbəsindən AzVision.az-a verilən məlumata görə, bu barədə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2013-cüi ilin birinci yarım ili ərzində fəaliyyətinin yekunlarına həsr olunmuş əməliyyat şurasında bildirilib.

Şurada Penitensiar Xidmətin rəhbərliyi, tabe qurumların müdiriyyəti, habelə Ədliyyə Nazirliyinin Təşkilat-nəzarət baş idarəsinin, Cəzaların icrasına nəzarət üzrə müfəttişliyinin və İnsan haqları və ictimaiyyətlə əlaqələr idarəsinin məsul əməkdaşları iştirak ediblər.

Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi ədliyyə general-leytenantı Mədət Quliyev Penitensiar Xidmətin 2013-cü ilin 6 ayı ərzindəki fəaliyyətinə yekun vuraraq qeyd edib ki, məhkumların saxlanma şəraitinin yaxşılaşdırılması, müasir beynəlxalq standartlara cavab verən yeni penitensiar müəssisələrin inşası, penitensiar sistemdə qanunçuluğun təmin edilməsi, nizam-intizamın möhkəmləndirilməsi, tabe qurumların fəaliyyətinə nəzarətin gücləndirilməsi, habelə nöqsanların aradan qaldırılması ilə bağlı müəyyən nəticələr əldə edilib, habelə mövcud nöqsanların aradan qaldırılması üzrə tədbirlər davam etdirilib.

Hesabat məruzəsi ətrafında bir sıra cəzaçəkmə müəssisələrinin və İstintaq təcridxanalarının rəisləri çıxış ediblər.

Əməliyyat Şurasına yekun vuran Ədliyyə Nazirinin müavini, Penitensiar xidmətin rəisi, ədliyyə general-leytenantı Mədət Quliyev vurğulayıb ki, 2013-cü ilin birinci yarım ili ərzində Penitensiar xidmət və onun tabe qurumları tərəfindən qarşıda duran vəzifələr əsasən yerinə yetirilib, müəyyən müsbət nəticələr əldə olunub. Bununla yanaşı fəaliyyətdə mövcud olan nöqsan və pozuntuların aradan qaldırılması, fəaliyyətin daha da təkmilləşdirilməsi üçün müvafiq tapşırıqlar verilib.

AzVision.az


Teqlər:  





Xəbər lenti