Ermənilər ABŞ-ın Qafqaza marağından narahatdır
ANCA-nın icraçı direktoru Aram Ambaryan bildirib ki, təşkilat Amerika konqresmenləri ilə danışıqlar aparır. Çünki Ermənistana və Qarabağa yardım proqramları “strateji regionda ABŞ-ın maraqlarını göstərir və buna görə də onların kəsirləri səhv addımdır”.
“ANCA qarşıdakı maliyyə ilində Ermənistana ildə 50 milyon dollar, Dağlıq Qarabağa isə 5 milyon dollar ayrılmasını tələb edəcək. Bundan başqa, Amerikanın Gürcüstana ayırdığı 10 % yardım ermənilərin məskunlaşdığı Gürcüstanın Samsxe-Cavaxetiya regionunda yeni iş yerlərinin açılması üçün yönəlməlidir. Həmçinin ermənilərin köçürülməsinə dəstək, digər milli azlıqlara və Yaxın Şərqdə etirazlardan əzab çəkən ölkələrə humanitar yardım və vəsait ayrılması lazımdır” – məlumatda bildirilib.
ANCA-nın siyasi tələblərinə Amerikanın Azərbaycana qarşı silah embarqosunun sərtləşdirilməsi də daxildir.
AzVision.az