18616 nəfər 100 baldan az toplayıb

18616 nəfər 100 baldan az toplayıb
  24 İyul 2013    Oxunub:994
“2013-2014-cü tədris ili üçün ali məktəblərə və orta ixtisas təhsili müəssisələrinə keçirilən I qrup üzrə qəbul imtahanının nəticələrinə əsasən 18616 abituriyent 0-100 bal arası nəticə göstərib”.

Bu barədə AzVision.az-a Tələbə Qəbulu üzrə Dövlət Komissiyanın mətbuat xidmətinin rəhbəri Elnur Nağızadə məlumat verib. Onun sözlərinə görə, 7589 nəfər isə 100-200 bal toplaya biliblər.

E.Nağızadə aşağı nəticə göstərən rayonların siyahısını yaxın günlərdə açıqlanacağını bildirib.

Qeyd edək ki, 2013/2014-cü tədris ili üçün Azərbaycan Respublikası ali təhsil müəssisələrinə I ixtisas qrupu üzrə iyulun 21-də keçirilmiş qəbul imtahanının nəticələri dünən açıqlanıb.

I ixtisas qrupu üzrə imtahanda iştirak etmək üçün sənəd vermiş 36883 abituriyentdən 1324 nəfəri imtahanda iştirak etməyib. İmtahanda iştirak edən 35519 abituriyentlərdən 40 nəfəri imtahan qaydalarını pozduğuna görə imtahandan xaric olunub və nəticələri ləğv edilib.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti