“İctimaiyyət Milli Şuranı tanımır”

“İctimaiyyət Milli Şuranı tanımır”
  24 İyul 2013    Oxunub:1062
“Milli Şura qeyri-qanuni qurumdur. Qeyri-qanuni qurum isə kütləvi aksiya keçirə bilməz”.
“Sərbəst toplaşma azadlığı haqqında” qanuna əsasən onlar ya vətəndaş kimi, ya da qeydiyyatdan keçdikdən sonra ictimai təşkilat kimi müraciət edə bilərlər”.

Bu sözləri AzVision.az-a açıqlamasında millət vəkili, Yeni Azərbaycan Partiyasınln icra katibinin müavini Siyavuş Novruzov Milli Şuranın avqust ayına planlaşdırdıqları mitinqini şərh edərkən deyib. O vurğulayıb ki, “Sərbəst toplaşma azadlığı haqqında” qanuna görə, siyasi partiyalar, ictimai təşkilatlar, qeyri-hökumət təşkilatları sərbəst toplaşma azadlığını yerinə yetirə bilər: “Bu baxımdan Milli şura qeydiyyatdan keçməli, qanuni əsası təmin etməlidir. Daha sonra mitinq üçün müraciət etsinlər, Bakı şəhər İcra Hakimiyyəti onlara yer ayıracaq. Orada istənilən vətəndaş, istənilən partiya və ictimai təşkilatın nümayəndəsi öz sərbəst toplaşma azadlığını həyata keçirə bilər”. S.Novruzov qeyd edib ki, adı çəkilən qurumun mitinqinin heç bir təsiri olmayacaq:

“İctimai rəyə təsirinə gəlincə, bu mitinqlərin heç bir təsiri ola bilməz. İctimaiyyət onları tanımır. Eyni adamlardır, dəfələrlə mitinq ediblər, 15-20 adam toplaşıb. Bu mitinqi də eyni aqibət gözləyir”. Qeyd edək ki, Milli Şuranın üzvü, Açıq Cəmiyyət Partiyasının sədri Sülhəddin Əkbər ötən gün hafta.az-a açıqlamasında avqustun ilk yarısında Milli Şuranın mitinq keçirəcəyini deyib: “Avqustun ikinci yarısı seçki kampaniyasının başlayacağını nəzərə alsaq, həmin ayın ilk yarısında Milli Şuranın ən azı bir kütləvi mitinq keçirəcəyini deyə bilərik”.

Fatimə KƏRİMLİ



Teqlər:





Xəbər lenti