İmranın ailəsi şayiələrə aydınlıq gətirdi

İmranın ailəsi şayiələrə aydınlıq gətirdi
  24 İyul 2013    Oxunub:1312
“İmran bu gün Almaniyaya gedə bilməz. Axı onun hələ viza məsələsi var. Ona görə bu məsələlər həll olunmalıdır” .
AzVision.az-a açıqlamasında bu sözləri 2 yaşlı İmran Cəfərzadənin xalası Əzizə Baxşəliyeva bu gün İmranın Almaniyaya göndəriləcəyi ilə bağlı məsələyə münasibət bildirərkən deyib. Onun sözlərinə görə, viza məsələsi bir neçə gün vaxt aldığı üçün İmran hələ ki, Azərbaycanda olacaq və viza düzəldikdən sonra İmran Almaniyaya aparılacaq.

Ə.Baxşəliyevanın sözlərinə görə, mətbuatda dərc olunan Mərkəzi Klinik Xəstəxanadan İmran üçün gündəlik 800 AZN pul istənilməsi söhbəti də yalandır.“Bizim ailə bu haqda heç bir yerdə danışmayıb. Bütün bunlar yalandır. Əməliyyata nə verdik odur, indiyə qədər xəstəxanada qaldığımız günlər də həmin ödədəyimiz paketin içinə daxildir. Hələ bir adam gəlib bizə deməyib ki, nəsə verin”.

İmranın xalası azyaşlının hazırkı durumu barədə də danışıb. O, bildirib ki, azyaşlı iynənin köməyi ilə yatızdırılır. Oyananda isə ancaq ağlayır, qışqırır.

Qeyd edək ki, Prezident İmranın müalicəsinin dövlət hesabına təmin edilməsi ilə bağlı göstəriş verib. Eyni zamanda, Prezident Administrasiyasının nümayəndələri və səhiyyə nazirinin müavini Abbas Vəlibəyov bu gün xəstəyə baş çəkiblər.Onlar İmranın valideynləri ilə görüşüblər.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti