`İsa Qəmbər seçkidən sonra postunu tərk edəcək`

`İsa Qəmbər seçkidən sonra postunu tərk edəcək`
  24 İyul 2013    Oxunub:1172
Milli Şuraya daxil olan müxalif qüvvələr arasında yaşanan mübahisələr, söz atamacaları son günlər mətbuatın da nəzərindən qaçmır. Milli Şuraya daxil olan müxalif qüvvələr arasında yaşanan mübahisələr, söz atamacaları son günlər mətbuatın da nəzərindən qaçmır. Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Arif Hacılının parlamentin keçmiş spikeri Rəsul Quliyev barəsində Facebook sosial şəbəkəsində yaydığı açıqlama isə müxalif qüvvələr arasında yaşanan gərginliyin növbəti göstəricisi oldu.

Məsələyə münasibət bilidrən Vətəndaş və İnkişaf Partiyasının sədri Əli Əliyevin sözlərinə görə, bu iki partiya arasındakı mübahisə və gərginliyin kökündə Milli Şurada toplanan qurumların eyni ideoloji bağlılığının olmaması və müxtəlif maraqlara qulluq etmələridir. Partiya sədri bildirib ki, bu cür gərginliklər həmin təşkilatın daxilində seçkilər yaxınlaşdıqca daha da dərinləşəcək.

- Mənim qənaətimə görə, Milli Şurada hazırda iki qruplaşma formalaşıb. Qruplardan biri Rüstəm İbrahimbəyovun namizədliyi qeydə alınmayacağı təqdirdə seçkinin baykot edilməsinin tərəfdarıdır, digər bir qrup isə vahid namizədin qeydə alınmadığı təqdirdə növbəti namizədlərin irəli sürülməsinin və bütün hallarda seçkilərdə iştirakın tərfdarıdır. Seçki dövrü yaxınlaşdıca hər iki qrupun maraqları qəti şəkildə kəsişəcək və belə söz atışmalarının da sayı artacaq. Münaqişənin kökündə partiyaların öz maraqlarını güdməsi dayanır. Hamı gözəl bilir ki, 1996-ci ildən bu yana müxtəlif cəhdlər etməsinə baxmayaraq Rəsul Quliyev Azərbayacana qayıda bilmir. Və birbaşa seçkilərdə iştirak da edə bilmir. Ona görə də o nəyin bahasına olursa olsun Azərbayacana qayıtmaq üçün müxtəlif addımlar atır. Rəsul Quliyev seçkilərdə yalnız şəxsi maraqlarını gerçəkləşdirmək niyyətindədir. Bütün cəmiyyətin qeyri stabilləşməsi onun xeyrinədir Müsavat partiyası isə son illərdə fərqli mövqe nümayiş etdirir. Onlar bu seçkilərdən daha çox dividendlə çıxmaq istəyirlər. Konkret İsa bəyə gəldikdə isə o gözəl analayır ki, seçkidən sonra başqan qalmaq üçün şansı olmayacaq. Ona görə də həm özü, həm də ki, partiyası üçün bu seçkiləri vasitə görür və istəyir ki, daha çox dividentlə bu seçkidən çıxa bilsin . O, istədiyi dividendlə seçkilərdən çıxa bilməsə başqan postunu tərk etməli olacaq.

Rusiya Federasiyasının prezidenti Vladimir Putinin Azərbaycana gəlişinin Milli Şuranın sonrakı taleyində böyük rol oynayacağını deyən Ə. Əliyev hesab edir ki, bu təşkilatın Rusiyanın maraqlarına nə dərəcədə uyğun olmasından asılı olcaq.

- Milli Şuranın Rusiya layihəsi olduğu hamıya bəllidir. Rusiyadan da bu məsələyə artıq reaksiya gəlib. Kremlə yaxınlığı ilə seçilən politoloq A. Duqin müsahibəsində Rüstəm İbrahimbəyovla danışıqlar aparadığını vurğulayıb və Rusiyanın Azərbaycana yönəlik siaysətinin kifayət qədər ciddi məqamalarından danışıb, Rusiya prezidentinin avqustda planalaşdırılan Azərbaycan səfərinin detallarını açqılayıb. Duqinin açıqlamasında maraqlı məqamlardan biri də ondan ibarətdir ki, Rüstəm İbrahimbəyov Kremlin ehtiyat layihəsidir və hamı gözəl anlayır ki, Milli Şurada qərar vermiş partiyalar bundan xəbərsiz deyillər. Bu layihədə iştirak edən partiyalar öz şəxsi və ya partiya maraqlarını təbliğ etmək niyyətindədirlər. Onu da vurğulayım ki, nəyin bahasına olursa olsun hakimiyyətin dəyişilməsində mövqe nümayiş etdirən Milli Şura daxilindəki qruplaşmalar çalışırlar ki, bu prosesi Rusiyanın hesabına həyata keçirə bilsinlər. Və mənim fikrimcə hələlik Rusiya Putinin səfərinə qədər ondan istifadəni ertələyib. Müsahibədə o da qeyd olunub ki, Putin Azərbayacanda güddüyü maraqları təmin edə bilməsə Milli Şura layihəsinə dəstək verməyəcək. Ona görə də Milli Şurdan gözləntiləri olan bütün tərəflərin maraqları təmin ediləcək. Əks halda bu qruplar orada olmazdılar. Lakin Rusiya bu dəstəyi yubatdıqca belə fəsadlar ortaya çıxacaq və Milli Şuranın daxilindəki nizamı pozacaq. Nəticədə münasibətlərin pozulması nəticəsində təşkilat dağıla bilər.

Şahanə RƏHİMLİ


Teqlər:  





Xəbər lenti