Təhsil Nazirliyi tələbləri açıqlayıb

Təhsil Nazirliyi tələbləri açıqlayıb
  24 İyul 2013    Oxunub:1055
“Akademik borclarını ödəmək üçün tələbələrə şərait yaradılması məsələsi ali təhsil müəssisəsinin səlahiyyətindədir”.
AzVision.az xəbər verir ki, Təhsil Nazirliyinin rəsmi Facebook səhifəsində vətəndaşların sualları cavablandırılarkən bildirilib ki, bir tələbə üçün hər semestrdə 30 kreditə qədər fənlərin tədrisi müəyyənləşdirilir.

Bundan əlavə, akademik borcu olanlar üçün ödənişli əsaslarla hər semestrdə cəmi 8 kreditdən çox olmamaq şərti ilə fənn (fənlər) də seçməyə icazə verilir.

Fənn (fənlər) üzrə akademik borcu qalan tələbə həmin fənni (fənləri) yenidən dinləməlidir. Bu zaman tələbə həmin fəndən (fənlərdən) dərslərdə iştirak etməklə, onun (onların) mənimsənilməsinə qoyulan tələbləri tam yerinə yetirməlidir.

Akademik borcu qalan tələbələrə həmin fəndən krediti qazanmaq üçün 6 (altı) həftəlik yay semestri də təşkil oluna bilər.

Yay semestrində tələbənin götürdüyü fənlərin krediti 9-dan artıq olmamalıdır.

AzVision.az


Teqlər:  





Xəbər lenti