Gələcək kralın adı məlum oldu

Gələcək kralın adı məlum oldu
  25 İyul 2013    Oxunub:1415
İngiltərə kral taxtının ötən gün dünyaya gələn varisinin adı məlum olub.
AzVision.az Türkiyə mətbuatına istinadən xəbər verir ki, gələcək kral üçün Corc Aleksandr Luis adı seçilib. Şahzadə Uilyam və həyat yoldaşı Keytin rəsmi iqamətgahı olan Kensinqton sarayında körpənin adı elan olunub və bildirlib ki, o, Kembric şahzadəsi Corc adı ilə çağırılacaq.

Corc İngiltərə kraliçası II Elizabetin atasının adıdır. 1936-cı ildə taxta çıxan Kral VI Corc 1952-ci ildə vəfat edib. Körpənin ikinci adı olan Aleksandr adını Keyt seçib. Luis adı isə atası Uilyamın 4-cü adıdır.

Xəstəxandan çıxandan sonra Londondakı Kensinqton sarayına gələn Keyt, Uilyam və yeni şahzadəyə Kraliça II Elizabet, Şahzadə Herri və Keytin bacısı Pippa Midelton baş çəkib. Daha sonra isə cütlük Keytin ailəsinin Bekrşirdəki evinə gedib.

Fatimə KƏRİMLİ



Teqlər:  





Xəbər lenti