Papa narkotikə qarşı çıxdı
“Narkotikin yayılmasının kökü araşdırılmalı və gənclər bu barədə maarifləndirilməlidir” – papa vurğulayıb.
Papa Fransisk Latın Amerikasında narkotikin qanuniləşdirilməsi planlarına qarşı çıxıb və narkotik alverini pisləyib. Qeyd edək ki, Uruqvay marixuananın qanuni şəkildə satışını qəbul etməyə yaxındır və növbəti həftə bunun üçün Konqresdə səsvermə keçirəcək. Kolumbiya, Boliviya və Ekvador ölkələri də narkotiklə bağlı qanunu yumşaltmaq üçün addımlar atacaq.
AzVision.az