SAM 6 ayın hesabatını verdi

SAM 6 ayın hesabatını verdi
  25 İyul 2013    Oxunub:1217
İyulun 25-də Strateji Araşdırmalar Mərkəzinin 6 aylıq fəaliyyətinə həsr olunmuş hesabat konfransı keçirilib.
AzVision.az xəbər verir ki, konfransda SAM-ın direktoru Fərhad Məmmədov mərkəzin fəaliyyəti barədə hesabat verib.

F.Məmmədovun sözlərinə görə, SAM-ın elmi-tədqiqat və elmi-nəşriyyat fəaliyyəti 2013-cü ilin ilk altı ayı ərzində Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzi (SAM) tərəfindən Mərkəzin elmi-tədqiqat və elmi-təşkilatı planlarına uyğun olaraq müvafiq fəaliyyət həyata keçirilib:

“Kitablar və toplular İqtisadiyyatın təhlili və qloballaşma məsələləri şöbəsinin əməkdaşları Vüsal Qasımlı və Zaur Vəliyev tərəfindən isə "2003-2012-ci illərdə Azərbaycan Respublikasının sosial-iqtisadi göstəriciləri" adlı tədqiqat hazırlanıb.

Azərbaycan və rus dillərində hazırlanmış materialda Prezident İlham Əliyevin siyasəti nəticəsində 2003-2012-ci illərdə iqtisadi, sosial, demoqrafiya və xarici iqtisadi əlaqələr sahəsində əldə edilən uğurlar həm cədvəllər, həm də nəqli formada təqdim edilib.

Eyni zamanda, 2012-ci ildə aparılmış elmi-tədqiqat işləri əsasında hesabat dövründə Çin Azərbaycanlıların gözü ilə, Energy and Azerbaijan: History, Strategy and Cooperation və The Geopolitical Scene of the Caucasus: A Decade of Perspectives adlı üç məqalələr toplusu və Resource-rich Countries: Modernization and Diversification: The case of Azerbaijan adlı bir monoqrafiya nəşr edilib.

F.Məmmədov mərkəzin nəşr etdiyi digər kitablar barədə də məlumat verib.
O bildirib ki, SAM-ın Xarici siyasət məsələlərinin təhlili şöbəsinin müdiri Rövşən İbrahimovun redaktorluğu ilə Energy and Azerbaijan: History, Strategy and Cooperation adlı məqalələr toplusu isə Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin, Varşava Universitetinin Siyasi Təhlillər Mərkəzinin və Ukrayna Prezidenti yanında Milli Strateji Tədqiqatlar İnstitutunun əməkdaşlarının birgə səyi nəticəsində hazırlanıb.

“Kitabda Azərbaycanın enerji siyasəti və tarixi keçmişinə, ölkəmizin milli prioritetlər və beynəlxalq öhdəliklər baxımından Avropa İttifaqının enerji siyasətində oynadığı rola, eləcə də Ukrayna Azərbaycan əməkdaşlığının enerji sektorunda gələcək perspektivlərinə dair məqalələr toplanıb. ABŞ-a səfər çərçivəsində Diba Nigar Göksel və Zaur Şiriyevin redaktorluğu ilə The Geopolitical Scene of the Caucasus: A Decade of Perspectives adlı daha bir məqalələr toplusu Türkiyədə çap edilib”.

Sevinc İltifatqızı


Teqlər:  





Xəbər lenti