`Ermənistan BMT tərəfindən cəzalandırılmalıdır`

`Ermənistan  BMT tərəfindən cəzalandırılmalıdır`
  25 İyul 2013    Oxunub:1079
Bu gün Strateji Araşdırmalar Mərkəzinin 6 aylıq fəaliyyətinə həsr olunmuş hesabat konfransı keçirilib.
AzVision.az xəbər verir ki, konfransda SAM-ın direktoru Fərhad Məmmədov mərkəzin fəaliyyəti barədə hesabat verib. F.Məmmədov mətbuat konfransı zamanı Dağlıq Qarabağ münaqişəsi ilə bağlı öz fikirlərini billdirib.

Onun sözlərinə görə, Azərbaycan və Türkiyədən başqa beynəlxalq aləmdə heç bir ölkə Ermənistanı cəzalandırmır.

“Türkiyə Ermənistanla sərhədləri açmır. Amma ki, Ermənistan sərhədləri pozduğu üçün BMT tərəfindən cəzalandırılmalıdır. Bu proses həyata keçirilməyənə qədər Ermənistan kompromisə getməyəcək”

ATƏT-in Minsk qrupunun fəaliyəti ilə bağlı fikirlərini bildirən Fərhad Məmmədov bildirib ki, həmsədrlər son dəfə ümidsiz çıxış etdilər.

“Onlar son duruma görə tərəfləri cavabdeh bilirlər. Halbuki, onlar özləri səy göstərməlidirlər. Münaqişənin müddətinin uzanması məsuliyyətini öz üzərindən atırlar. Ermənistana təzyiq etməyən amma danışıqlarda iştirak edən bu ölkələr tərəflərin üzərinə günah atırlar”.

Sevinc İLTİFATQIZI


Teqlər:  





Xəbər lenti