Əhaliyə facebook dərsi keçiriləcək
AzVision.az xəbər verir ki, ARGTMŞ sədri Şahin Seyidzadə konfransı açıq elan edib və layihə haqqında məlumat verib. Onun sözlərinə görə, layihənin ölkədəki 8 iqtisadi rayona daxil olan 24 şəhərdə 1050 gəncin iştirakı ilə 38-i keçirilib:
“Layihə çərçivəsində Azərbaycanda "facebook", "twitter", "youtube", "bloq" mövzuları üzrə 4 nəfərdən ibarət ekspert komandası formalaşıb, sosial şəbəkələrlə bağlı Azərbaycan dilində təlim-tədris modulu yaradılıb. Azərbaycanda ilk dəfə olaraq azərbaycan dilində facebook və twitter şəbəkələri üzrə 8 videoçarx hazırlanıb”.
Konfransda adı çəkilən videoçarxlardan biri iştirakçılara təqdim olunub. Şuranın baş katibi Seymur Hüseynov layihə barədə çıxış edib və vurğulayıb ki, həmin videoçarxların hər biri Azərbaycan dilində hazırlanıb:
“Bu layihə imkan verir ki, gənclər sosial şəbəkələrin imkanlarından yararlansın”,deyə o əlavə edib.
Qeyd edək ki, konfransda 6ay ərzində layihə çərçivəsində görülən işləri özündə əks etdirən videoçarx təqdim olunub və konfransın rəsmi qonaqları çıxış edib.
Fatimə Kərimli