Ülvira Qarayeva ANS-dən qovulub? - YENİLƏNİB

Ülvira Qarayeva ANS-dən qovulub? - YENİLƏNİB
  25 İyul 2013    Oxunub:2830
“Yalandır”
“Xəbəri oxumamışam, amma iş yoldaşlarım dedilər ki, bu barədə söz-söhbət yayılıb”

Bu sözləri AzVision.az-a açıqlamasında “Anspress”in baş redaktoru Ulvira Qarayeva deyib.

“Yayılan məlumatlar yalandır. Mən hazırda işimin başındayam”, deyə Ulvira xanım bildirib.

Qeyd edək ki, mətbuatda ANS Şirkətlər Qrupunun prezidenti Vahid Mustafayevin iclas keçirdiyi və “Anspress”in baş redaktoru Ulvira Qarayevanın işdən qovması barədə xəbərlər yayılıb.

* * *
Bir qədər əvvəl ANS Şirkətlər Qrupunun prezidentinin müşaviri Mais Məmmədov yayılan informasiyalara aydınlıq gətirib. O, bildirib ki, Ülvira Qarayeva ANS PRESS-də baş redaktor vəzifəsini daşımayıb. "Ü.Qarayeva menecer kimi fəaliyyət göstərirdi. Onunla müqavilə müddəti bitdiyi üçün vidalaşmışıq. Ola bilər ki, gələcəkdə onunla başqa vəzifəyə yenidən müqavilə bağlandı. Onun ətrafında nə üçün belə ajiotaj yarandığını anlamırıq".

Nihadə


Teqlər:  





Xəbər lenti