`Gənclərimizdən vətənpərvərlik hissi umuruq`

`Gənclərimizdən vətənpərvərlik hissi umuruq`
  25 İyul 2013    Oxunub:1472
“Dövlət həmişə insanların qəlbində formalaşıb, onların istək və arzularına çevrilən fikir və təşəbbüsləri ümumiləşdirərək, onların ən optimmallarını seçərək, ictimai mahiyyət kəsb edən səviyyəyə qaldırara ümumi tələb kimi həyata keçirməkdən ibarətdir”.

AzVision.az xəbər verir ki, bunu Azərbaycan Prezident Administrasiyası ictimai-siyasi şöbəsinin müdiri Əli Həsənov “Xətdə ol” sosial şəbəkə akademiyasının hesabat konfransında çıxışı zamanı bildirib.

Ə.Həsənov vurğulayıb ki, Azərbaycan Respublikasının bugünki gənclər siyasətinin də, daxili milli siyasətinin də, sosial siyasətinin də, informasiya siyasətinin də təməlində insan dayanıb, Azərbaycan vətəndaşı dayanıb:

“Bu siyasətin təməlində ümummilli lider Heydər Əliyevin dərin zəkası, konseptual yanaşması və təməlini qoyduğu azərbaycançılıq durub. 1993-2003-cü ikllər ərzində formalaşan, həyata keçirilən bu siyasətin xüsusi qanadını gənclər siyasəti təşkil edir. Və bu gün də Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin əsas qayəsini məhz Azərbaycan insanı, onun zənginləşdirilməsi, həyatının firavanlaşdırılması, getdikcə dünyada mövcud olan texniki, sosial, mədəni, mənəvi və digər yeniliklərlə dolğuınlaşdırılması və azərbaycan dövlətinin daxili həyatında bir tamlıq yaradılmasından ibarətdir”.

Ə.Həsənov konfransın əsas məqsədindən də danışıb:

“"XƏTDƏ" Sosial Şəbəkə Akademiyasının fəaliyyətinin məqsədi birincisi İnformasiya-kommunikasiya texnologiyalarının verdiyi imkanlardan gənclərin istifadəsinin dolğunlaşdırılması, asanlaşdırılması və gənclərin bu sahədə olan biliklərə yiyələnməsi, ikincisi gənclər siyasətinin özünün dolğulaşdırılması, gənclərin qəlbinin dərinliklərində yatan ideyaların, təşəbbüslərin sosial bloqlara çıxaırılaraq bölüşdürülməsi və ən həyatilərinin dövlət siyasətinə tətbiq olunması, üçüncü isə sosial məsələ - gənclərin mövcud həyatının, biliklərinin, mövcud vərdişlərinin, ailədə aldığı tərbiyyənin dövlətə, dövlətçiliyə bağlılıqla bağlı dövlətimizin, millətimizin inkiışafına yönəldilməsi və tətbiq olunmasıdır.

Ə.Həsənov vurğulayıb ki, hər bir fəaliyyətin sonu onun ictimai dəyəri, ictimai əhəmiyyətliliyi ilə ölçülür. Hər bir fəaliyyətin nəticəsi insanlara xidmət etmə və sosial əhəmiyyətliliyi ilə ölçülür. "XƏTDƏ" Sosial Şəbəkə Akademiyasının layihəsi də Azərbaycan gəncliyinin dolğunlaşdırılmasından ibarətdir.

“O dövlətin gənclərinin həyatı dolğun, firavan, rahat olur ki, o dövlətinin gənclərinin böyük əksəriyyəti təhsilli, mədəniyyətli olur, başğa dillərə, mədəniyyətlərə tolerant olur, kifayət qədər ətraf aləmdə mövcud olan yenilikləri qavrayıb öz ölkəsinin, dövlətinin dilinə, mədəniyyətinə tətbiq etmək cəhətdən praktik olur”.

“Əlbəttə bizim hər zaman gənclərdən umduğumuz bir məsələ də var, o da dövlətçilik, vətənpərvərlik hissləridir”-deyə Ə. Həsənov əlavə edib:

“Sizin hər biriniz bir ailənin övladısız, bir nəslin nümayəndəsisiniz, lakin eyni zamanda sizin hər biriniz Azərbaycan dövlətinin vətəndaşısınız, azərbaycanlısınız. Bu da, hər bir insanın üzərinə əlavə bir məsuliyyət də qoyur.
Bu məsuliyyət nədir? bu dövlətin, xalqın mövcud varidatına sahib çıxmaq, onu inkişaf etdirmək, daxili, xarici təqiblərdən, təhdidlərdən, bizə qarşı yönələn təyziqlərdən qorunma işində öz çiyinlərinizi bəlli sütunları altına vermək, bəzi yükü öz çiyinlərinizə götürmək, dövlətimizə, millətimizə sahib çıxmaq. biz də gələcəyimizə tam əmin ola biləcəyik ki, gənclər dünyada rəqabətə davamlılıqla bərabər milli təəssübün daşıyıcıları olacaqsınız”.

Fatimə Kərimli


Teqlər:  





Xəbər lenti